Vaxt.Az

İnkişaf nağılını sonu


 

Özbəkistan millisi mundialın qapısını döyərkən, bizim futbolçular 8 oyunda 7 məğlubiyyət aldı

İnkişaf nağılını sonu Azərbaycan millisi Fernandu Santuşun rəhbərliyi altında 8-ci matçda 7-ci məğlubiyyətlə üzləşdiyi vaxtda Özbəkistan millisi dünya çempionatının qapısını döyür.

Növbəti turda Özbəkistan ən yaxın izləyicisi Birləşmiş Ərəb Əmirlikləri ilə səfər matçında 1 xal qazansa, mundiala vəsiqəni təmin edəcək. Əks halda son turda evdə Qətərə qalib gəlmək lazım olacaq. Yəni istənilən halda Özbəkistan DÇ-2026-da oynamağa çox yaxındır.

Bu baş versə, Özbəkistan Türkiyədən sonra dünya çempionatlarında oynayan ikinci türkdilli ölkənin komandası olacaq.

Başqa bir türkdilli ölkə isə bizik. Son 20 ildə Azərbaycan millisinin dəyişən baş məşqçiləri və federasiya rəhbərliyi “zaman-zaman” bəhanəsi etdilər. İnkişaf nağılının sonunda milli komandamızı gətirib yerin dibinə soxdular. Yəni Millətlər Liqasında ən uğursuz 6 komandanın yer aldığı D liqasına…

20 əvvəl Özbəkistan doğulan Xusanov isə indi “Mançester Siti”də oynayır, Özbəkistan millisi dünya çempionatının bir addımlığındadır.

Bizim futbolçularımızı (həm də futbol sistemimizi) isə nəyi var, necə varsa, meydanda o başa, bu başa sürüyürlər. Dünən Belarusla oyunda buna bir daha şahid olduq.

… Və bu komanda sabah Fransaya qarşı oynayacaq. Bu məqamda məşhur 0:10 hesabı yada düşdü…

 





26.03.2025    çap et  çap et