Fərmana görə, seçki zamanı seçicilərin vətəndaşlıqlarını təsdiq edən sənədləri seçici qeydiyyatı blanklarında göstərmələri tələb olunacaq.
***
ABŞ prezidenti Tramp imzaladığı fərmanda qeyd olunurdu ki, federal seçkilərdə seçici qeydiyyatı vərəqində vətəndaşlığı təsdiq edən sənədin göstərilməsi məcburi olacaq. Səsvermə günü poçt vasitəsilə verilən, lakin alınmayan səslərin daxil olduğu ştatlara qarşı tədbir görüləcəyi də bildirilib. Bu qaydalara əməl etməyən ştatlara federal seçki maliyyəsinin kəsiləcəyi bildirilib. “Biz seçkilərimizi qaydasına salmalıyıq. Bu ölkə saxta seçkilərlə xəstələnib və biz bunu birtəhər düzəldəcəyik”, –Tramp fərmanı imzalayarkən etdiyi çıxışında deyib.
***
ABŞ-ın seçki sistemini uzun müddətdir şübhə altına alan Tramp 2020-ci il prezident seçkilərində Co Baydenin qələbəsinin “saxtakarlıq”la olduğunu iddia edib. Tramp və bəzi respublikaçılar vətəndaşı olmayanların qeyri-qanuni səsvermədə iştirak etdiyinə dair iddialar irəli sürüblər.
***
ABŞ-da 1996-cı ildə qəbul edilmiş Qeyri-qanuni İmmiqrasiya İslahatları və İmmiqrantların Mühafizəsi Aktı vətəndaşlığı olmayan şəxslərin federal seçkilərdə səs verməsini qadağan edir. Ölkə hazırda səsvermə günü və ya ondan əvvəl poçtla göndərilən bülletenlərin səsvermə günündən sonra alınmasına icazə verir.