Qəza ölkənin şimal-şərqindəki Yuxarı Marn vilayətinin Sen-Dizier şəhərində baş verib.
Fransanın müdafiə naziri Sebastien Lekornu “X” hesabında etdiyi paylaşımda iki “Alpha Jet” təyyarəsinin Sen-Dizierdəki 113-cü Hava Bazasının yaxınlığında nümayiş məşq uçuşu zamanı qəza baş verdiyini açıqlayıb.
Nazir Lekornu, təyyarədə olan hər üç şəxsin sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib. Milli mətbuatda yer alan xəbərlərə görə, qəzaya uğrayan təyyarələrdən katapultadan istifadə edərək tullanan iki pilot və bir nəfər huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya aparılıb.
Digər tərəfdən, reaktiv təyyarələrdən biri meşəlik əraziyə, digəri isə sənaye zonasındakı sement zavodunun yaxınlığına düşüb. Bildirilib ki, sement zavodunun yaxınlığında qəzaya uğrayan reaktiv təyyarə yanıb və yanğınsöndürənlər yanğına müdaxilə edib.