Vaxt.Az

Yaşamaq uğrunda mübarizə


 

Buzlu gölə düşən təyyarədən dahi taktika ilə xilas

Yaşamaq uğrunda mübarizə Soldotnadakı Skilak gölünə uçuş zamanı kiçik qəzaya uğrayan “Piper PA-12 Super Cruiser” təyyarəsi naməlum səbəbdən Tustumena gölünə düşüb. Qəzadan sonra pilot və iki uşaq təxminən 12 saat çətin hava şəraitdə kömək gözləyərkən yaşamaq uğrunda mübarizə aparıb.

Zərərçəkənlər üçün xilasetmə əməliyyatı “Facebook” paylaşımı ilə başlayıb. Alyaska sakini Terri Qodes sosial şəbəkədə itkin düşən təyyarə üçün yardım çağırışını görüb. Lokatoru sıradan çıxdığı üçün yeri bilinməyən təyyarən tapmaq üçün 12 pilot səhər tezdən öz təyyarələri ilə ərazini skan etməyə başlayıblar.

***

Köməyə gedənlər göldə batmaq üzrə olan təyyarənin yalnız qanadının və quyruğunun suyun üstündə olduğunu görüb. Qanadda sağ qalmağa çalışan 3 nəfəri görən Qodes dərhal radio vasitəsilə digər pilotlara xəbərdarlıq edib və koordinatları paylaşıb. İkisi uşaq olan üç nəfərin sağ qalmaq üçün tətbiq etdiyi bu ağıllı taktika sosial mediada böyük marağa səbəb olub.

***

Sağ qalanlar Alyaska Milli Qvardiyası tərəfindən xilas edilib. Helikopter ekipajı güclü külək səbəbindən qurbanları birbaşa təxliyə edə bilməyib. Əvəzində helikopter mümkün qədər təyyarənin qanadına yaxınlaşaraq üç nəfəri götürərək sağ-salamat xəstəxanaya çatdırıb.

Səlahiyyətlilər, sağ qalanların gecə boyu sıfırın altındakı temperatur və yüksək küləklərə baxmayaraq sağ qalmasının möcüzə olduğunu bildiriblər. Alyaska ştatının əsgərləri pilotun və uşaqların səhhətinin yaxşı olduğunu və həyatlarının təhlükədə olmadığını bildirib.

Digər tərəfdən, qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanıldığı bildirilib.

 





26.03.2025    çap et  çap et