Vaxt.Az

“Cavabımız dağıdıcı olacaq”


 

NATO-dan Rusiyaya xəbərdarlıq

“Cavabımız dağıdıcı olacaq” NATO-nun baş katibi Mark Rutte xəbərdarlıq edib ki, Rusiya Polşaya və ya hər hansı digər müttəfiqə hücum edərsə, alyansın cavabı dağıdıcı olacaq.

Mark Rutte bu sözləri rəsmi səfərdə olduğu Polşada baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında deyib.

Polşanın Ümumi Daxili Məhsulunun 4,7 faizini müdafiə xərclərinə ayırdığını xatırladan Rutte, bu vəziyyətin digər üzv ölkələrə nümunə olması lazım olduğunu bildirib.

Rutte Rusiyanın Avropa üçün “təhdid yaratmağa davam etdiyini” deyib və əlavə edib ki, “müdafiə xərclərinin artırılması getdikcə təhlükəli olan dünyada vacibdir”.

NATO-nun hər bir üzv dövləti müdafiə etmək öhdəliyinə işarə edən Rutte Tusku əmin edib ki, Polşaya və ya hər hansı digər müttəfiqə qarşı istənilən hücum sərt cavabla qarşılanacaq.

“Polşanın müdafiəsinə və NATO ərazisinin ümumi müdafiəsinə gəldikdə, əgər kimsə səhv hesablasa və Polşaya və ya hər hansı digər müttəfiqə hücum etməklə xilas ola biləcəyini düşünsə, bu nəhəng ittifaqın tam gücü ilə qarşılaşacaq. Bizim cavabımız dağıdıcı olacaq. Bu, Vladimir Putin və bizə hücum etmək istəyən hər kəs üçün çox aydın olmalıdır”, – Rutte bildirib.

“Bu, qeyri-müəyyən dövrlərdir, lakin bir şeyi açıq deyim. Transatlantik tərəfdaşlıq bizim ittifaqımızın təməli olaraq qalır və bu, dəyişməyəcək”, – deyən Rutte NATO-nun vahid kimi fəaliyyət göstərməyə davam edəcəyini vurğulayıb.

 





26.03.2025    çap et  çap et