Qədim canlılarda əmələ gələn ilk tüklər indiki quşların tükləri qədər mürəkkəb deyildi. İlk Trias dövründə yaşamış dinozavrların pipetkayabənzər, boruşəkilli “protolələklərə” malik olduğu güman edilir.
Cenevrə Universitetindən olan genetiklər Mişel Milinkoviç və Rori Kuper lələklərin təkamülünü anlamaq məqsədi ilə apardıqları tədqiqatlarda məşhur video oyun qəhrəmanı “Sonic the Hedgehog”un adını daşıyan genin üzərində fokuslanırlar. Bu gen toyuqların, o cümlədən lələklərin embrion inkişafında mühüm rol oynayır.
2023-cü ildə nəşr olunan bir araşdırmada ikili bu geni dəyişdirərək, heyvanların pullu ayaqlarını tüklü ayaqlara çevirib.
Alimlər bu geni bloklayanda nə baş verdiyini araşdıraraq, “PLOS Biology” jurnalında martın 20-də dərc olunan yeni araşdırmada öz nəticələrini açıqlayıblar.
Tədqiqatçılar toyuq embrionlarına “Sonic Hedgehog” genini bloklayan molekul yeridiblər.
Embrionun inkişafının 9-cu günündə adi tıxaclı, mürəkkəb tüklü qönçələr əvəzinə dinozavrlara bənzəyən protolələklər görünməyə başlanıb.
Alimlərin müdaxiləsi, tüklər yetişdikcə rüşeymdə meydana gələn kompleks budaqlanma modelini də azaldıb.
Ancaq təxminən iki həftə ərzində embrionlarda tük inkişafı qismən normallaşıb. Yumurtadan çıxan heyvanların bədənində tüksüz yerlər olsa da, zaman keçdikcə körpələrin tükləri böyüyüb və 7 həftə ərzində öz normal görünüşünə qayıdıb.
Milinkovitç tapıntıları şərh edərkən, “Təcrübələrimiz göstərir ki, ayaq pulcuqlarının inkişafındakı müvəqqəti pozğunluq onları daimi olaraq tükə çevirə bilsə də, lələk inkişafının özünü daimi olaraq pozmaq daha çətindir”, – deyib.
Yeni tədqiqat əvvəlki kimi qalıcı nəticələr verməsə də, bu, “Sonic Hedgehog” geninin tüklərin təkamülündə mühüm rol oynadığını göstərir. Milinkovitç deyir ki, tapıntılar təkamül zamanı genlərin çox güclü olduğunu göstərir.
“İndi ən böyük problem bu genetik qarşılıqlı təsirlərin dinozavrların təkamülünün əvvəlində protolələklərin yaranmasına imkan yaratmaq üçün necə dəyişdiyini anlamaqdır”.