Vaxt.Az

300 milyardlıq büdcə


 

İsveç müdafiəyə əlavə sərmayə qoymağa qərar verdi

300 milyardlıq büdcə İsveçin baş naziri Ulf Kristersson qarşıdakı 10 il ərzində müdafiəyə əlavə 300 milyard kron (təxminən 50 milyard manatdan çox) sərmayə qoymağa qərar verdiklərini açıqlayıb.

Kristersson mətbuat konfransında İsveçin İkinci Dünya Müharibəsindən bəri ən ciddi təhlükəsizlik problemini yaşadığını ifadə edərək, “Buna görə də önümüzdəki 10 il ərzində müdafiə silahlarına əlavə 300 milyard kron sərmayə qoyacağıq”, – deyib.

Soyuq Müharibə günlərindən bəri müdafiədə əsgər və silahlara ən böyük sərmayəni edəcəklərini qeyd edən Kristersson, “İsveç sabit bir iqtisadiyyata sahibdir və müdafiəmizə əlavə sərmayə ilə biz də sabit bir böyümə sürətinə nail ola bilərik”, – deyib.

İsveçin NATO üzvü olan ölkə olaraq ümumi daxili məhsulunun (ÜDM) 2,4 faizini müdafiə xərclərinə ayırdığını bildirən Kristersson, 2030-cu ilə qədər müdafiə xərclərini müvəqqəti olaraq ÜDM-in yüzdə 3,5-ə çatdırmağı planlaşdırdıqlarını vurğulayıb.

 





26.03.2025    çap et  çap et