Vaxt.Az

Qərb solçu liberalizmdən bezib


 

Disneyin çəkdiyi ekran əsərini mobil telefonla çəkilən film səviyyəsinə endirdilər

Qərb solçu liberalizmdən bezib Film dünyasında belə hadisə baş verməmişdi. “Disney” yaxşı pul buraxıb, ulduzları toplayıb “Ağbəniz” (“Snow White”) filmi çəkib. Ağbəniz roluna sıradan qarabuğdayı və qara saçlı qız seçilib, ovçu roluna zənci seçilib. Filmdə cırtdanlara cırtdan deyilmək qadağa edilib ki, liliput insanların xətrinə dəyə bilər. Amma onları mavi ediblər.

Filmin sonunda şahzadə ağbənizi xilas etmək istəyəndə, o deyir ki, mən zəif qadın deyiləm, sənə ehtiyacım yoxdur, özüm mübarizə aparacam, ata minir saraya hücum edir.

Qısası film başdan-ayağa solçu, feminist, LGBT çağırışlarla doldurulub.

Milyonlarla amerikalı, avropalı hücum edib IMDb saytına. O qədər mənfi qiymət və rəy veriblər ki, filmin reytinqi “1.7 IMDb” xala düşüb. Mobil telefonla ilə çəkilən filmlərin belə reytinqi daha yüksəkdir.

P.S. Bunlar qərb dünyasının sol-liberal faşizmdən bu qədər bezdiyinin, iyrəndiyinin sübutudur. Son hadisələr göstərir ki, qərb dünyası sağ moda keçəcək. Hakimiyyətə Hitler kimi faşisti gətirməsələr yaxşıdır.

 





26.03.2025    çap et  çap et