Vaxt.Az

Trampın gözü qalıb


 

Qrenlandiya buzlaqları əriyir

Trampın gözü qalıb Qrenlandiyanın qayalı sahil xəttinin buzlaqların əriməsi nəticəsində son 20 ildə təxminən 1000 kilometr genişləndiyi bildirilir. Araşdırmaya görə, dünya üzrə cəmi 2466 kilometr yeni sahil xəttinin aşkar edildiyi və bunun 66 faizinin Qrenlandiyada meydana gəldiyi müəyyən edilib. Alimlər iqlim dəyişikliyinin dünya coğrafiyasını yenidən formalaşdırdığını və bu vəziyyətin qlobal geosiyasi tarazlıqlara da təsir edə biləcəyini vurğulayıblar.

Qrenlandiyanın buz təbəqəsinin əriməsi 2006-2018-ci illər arasında müşahidə edilən dəniz səviyyəsinin qalxmasının 17,3 faizini təşkil edib. Alimlər 2023-cü ildə qlobal istiləşmənin Qrenlandiyada buzlaqların ərimə sürətini son 20 ildə 5 dəfə artırdığını açıqlayıblar.

Alimlər peyk şəkilləri və 200 000 köhnə fotoşəkildən istifadə edərək 130 il ərzində buzlaqların inkişafını tədqiq ediblər.

Belə qənaətə gəlinib ki, bu müddət ərzində buzlaqlar təxminən iyirmi il əvvəl 5-6 metr ərimə ilə müqayisədə ildə orta hesabla 25 metr kiçilir. Yanvar ayında Qrenlandiyada aparılan elmi araşdırma, temperaturun 20-ci əsrin orta göstəricisindən 2,7 dərəcə yüksək olduğunu ortaya qoydu.

 





26.03.2025    çap et  çap et