25 illik tarixində 280-dən çox astronavtın ziyarət etdiyi BKS-dəki şəraiti daha yaxşı başa düşmək üçün San Dieqo Kaliforniya Universitetinin Mikrobiom İnnovasiya Mərkəzinin direktoru Rob Nayt UCSD və Milli Aeronavtika və Kosmik Administrasiyanın digər tədqiqatçıları ilə birlikdə kosmosda yaşayan mikrobların xəritəsini hazırlamaq üçün çalışıb.
Tədqiqatçılar stansiyanın Yerdəki yaşayış yerlərindən daha steril olduğunu və orada aşkar etdikləri bakteriyaların immunitetlə əlaqəli simptomlarla səbəindən olduğunu müəyyən ediblər.
Araşdırmalara görə, astronavtların xəstələnməsinin səbəbi kosmik stansiyanın çox təmiz olmasıdır. Beləliklə, orbitdəki laboratoriyada kifayət qədər mikrob yoxdur.
***
Mikrobların xəritəsini çıxarmaq üçün astronavt və mikrobioloq Ketlin Rubins və digər ekipaj üzvləri kosmik stansiyanın 700-dən çox səthindən və 60-dan çox idarəedicidən nümunələr götürdülər.
Tapdıqları bakteriyaların əksəriyyəti insanlarda yaşayan bakteriyalardır. Onların demək olar ki, heç biri normal olaraq Yerin torpağında və suyunda tapılan bakteriyalar deyildi.
Mütəxəssislər kosmosda uzunmüddətli həyatın davamlı olması üçün Yerdəki təbii mikrobların idarə olunan şəkildə kosmos mühitinə daxil edilməsinin vacibliyini vurğulayırlar.
Tədqiqatlar göstərir ki, gigiyena qaydalarına riayət etmək vacibdir, lakin həddindən artıq sterilizasiya immunitet sisteminə mənfi təsir göstərə bilər.
Alimlər bildirirlər ki, BKS-də mikrobların daha balanslı şəkildə idarə olunduğu bir ekosistemin yaradılması astronavtların sağlamlığının qorunmasında təsirli ola bilər.