Vaxt.Az

İldırım vuran qadının göz rəngi dəyişib


 

Hadisədən sonra huşunu itirən avstraliyalı pəltək olub

İldırım vuran qadının göz rəngi dəyişib Çöldəki fırtınanı çəkmək üçün telefonunu əlinə alan bir qadın qollarındakı tüklərin qəfildən dikildiyini görüb. İldırım vuran qadın göz bəbəklərinin genişləndiyini və qəribə simptomlar hiss etməyə başladığını deyib.

Avstraliyada baş verən bu hadisə hər kəsi şoka salsa da, az qala ölümdən dönən adam hadisədən sonra boynunu və başını hərəkət etdirə bilməyib. Və nəfəs almaqda çətinlik çəkib.

Karli adlı gənc qadının başına milyonda bir hadisə gəlib. İldırım vurması nəticəsində pəltək olan qadın tər içində islandığını və heç bir üzvünü hərəkət etdirə bilmədiyini, ayaqlarının və əllərinin göyərdiyini bildirib. Huşunu itirən və sonradan özünə gələn qadın əllərində və ayaqlarında hisslərin bərpa olunduğunu bildirib.

Səhiyyə işçiləri ona keraunopeliz diaqnozu qoyublar. Bu nadir nevroloji xəstəlik müvəqqəti iflicə səbəb olur. Gənc qadın 2 həftədən sonra göz rəngində də qəribə dəyişikliklərin olduğunu bildirib. Başının üstündəki həssaslıq ləkəsi istisna olmaqla, o, demək olar ki, köhnə halına qayıtmışdı.

Göz rənginin qaraldığını deyən Karli insanların də onunla maraqlandığını bildirib.

 





26.03.2025    çap et  çap et