Avropa Birliyinin (AB) ticarət və iqtisadiyyat komissarı Maros Şefçoviçin Vaşinqton səfərindən sonra Çinə getdiyi bildirilir.
AFP-nin məlumatına görə, Şefçoviç ümid edir ki, onun səfəri qlobal ticarətdə artan gərginlik fonunda Çin və AB arasında münasibətlərin yaxşılaşmasına kömək edə bilər.
Avropa Komissiyasının bəyanatında deyilir: “Səfərin məqsədi AB və Çin arasında şəffaflıq və qarşılıqlı faydaya diqqət yetirməklə, daha balanslaşdırılmış və əməkdaşlıq edən ticarət əlaqələrini təşviq etməkdir”.
“Şefçoviç Çinin ticarət siyasəti və təcrübələrinin mənfi təsiri ilə bağlı AB-nin narahatlığını həll edəcək. Şefçoviç AB-nin Çinə ixracına və investisiyalarına təsir edən bazara çıxış maneələri ilə bağlı məsələləri qaldıracaq. Səfərin məqsədlərinə AB-dəki Çin investisiyalarının birliyin siyasət məqsədlərinə uyğunlaşdırılması daxildir”, – bəyanatda deyilir.
“ABŞ Soyuq Müharibə zehniyyətindən əl çəkməlidir”, – Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bu gün Pekində keçirilən mətbuat konfransında ABŞ-ın dərc etdiyi son hesabatla bağlı dəyərləndirmələr edib.
Quo hesabatın ABŞ administrasiyası tərəfindən hər il dərc edilən “qərəzli və məsuliyyətsiz sənədlərdən biri” olduğunu bildirib və əlavə edib ki, bu cür hesabatlar “böyük güclər arasında rəqabəti şişirtmək, Çinin inkişafını boğmaq və ABŞ-ın qlobal hegemonluğunu saxlamaq məqsədi daşıyır”.
Sözçüsü Quo bildirib ki, ABŞ Tayvanın müstəqilliyinə hər cür dəstəyi dayandırmalı və Çinlə sağlam və sabit münasibətlər qurmaq üçün konkret addımlar atmalıdır.