Vaxt.Az

Dünya qızıl ehtiyatı yığır?


 

“Goldman” qiymətli metalla bağlı proqnozunu yenidən qaldırdı

Dünya qızıl ehtiyatı yığır? Dünyanın ən nəhəng investisiya təşkilatlarından olan “Goldman Sachs” ilin sonuna qızıl proqnozunu 3100 dollardan daha yuxarı yüksəldib.

“Goldman Sachs”, mərkəzi bankların gözləniləndən daha güclü tələbi və qızılla dəstəklənən birja fondlarına (ETF) möhkəm daxilolmaları əsas gətirərək, ilin sonuna qızılın qiymətinin unsiyası üçün proqnozunu 3,300 dollara qaldırdı.

Bank qiymətli metal üçün getdikcə daha optimist perspektiv nümayiş etdirir. Keçən ay analitiklər Lina Tomas və Daan Struyven 2025-ci ilin sonuna qədər proqnozlarını 3100 dollara qaldırmışdılar. “Rəsmi sektor ayda orta hesabla 70 ton qızıl tələb edə bilər”, – onlar dünən dərc olunan qeyddə bildiriblər. Bu rəqəm əvvəlki təxminlərdən 50 ton çoxdur.

“Goldman Sachs” analitikləri bildiriblər ki, 3300 dollarlıq yeni proqnoz noyabr-yanvar dövründə sürətlənmiş alışı əks etdirir. Bu dövrdə mərkəzi bankların ayda orta hesabla 190 ton qızıl aldıqları vurğulanıb. O, həmçinin Çinin ən azı üç il ərzində “sürətlə” qızıl satın almağa davam edə biləcəyini proqnozlaşdırır.

“Mərkəzi banklar, xüsusən də inkişaf etməkdə olan bazarlarda, 2022-ci ildən bəri qızıl alışlarını təxminən 5 dəfə artırdılar. Bu tendensiya Rusiyanın ehtiyatlarının dondurulmasından sonra başlayıb”, – deyə Tomas və Struyven qeydlərində yazıblar. Bunun ehtiyatların idarə edilməsində struktur dəyişikliyi olduğunu qeyd edilib və qısa müddətdə geri dönəcəyini gözlənilmir.

 





27.03.2025    çap et  çap et