Vaxt.Az

“Heç kim təsirdən qaça bilməyəcək”


 

Asiya avtomobil istehsalçılarının səhmləri kəskin şəkildə azaldı

“Heç kim təsirdən qaça bilməyəcək” ABŞ prezidenti Donald Trampın avtomobil idxalına 25 faiz rüsum elan etməsi Asiya avtomobil sənayesinin səhmlərinə ciddi təsir edir. Trampın ABŞ-da istehsal olunmayan avtomobillərə gömrük rüsumlarla bağlı sərəncamından sonra Asiyada avtomobil istehsalçılarının səhmləri kəskin ucuzlaşıb.

Yaponiya avtomobil istehsalçıları “Toyota” və “Honda” müvafiq olaraq 3,69 faiz və 2,91 faiz ucuzlaşıb. Meksikada iki zavodu olan “Nissan” 2,92 faiz, “Mazda Motor” isə 6 faizdən çox dəyər itirib. “Mitsubishi Motor” da 4,9 faiz ucuzlaşıb.

Meksikada istehsalat zavodu olan Cənubi Koreyanın “Kia Motors” şirkəti 2,76, Çin avtomobil istehsalçıları “Nio” və “Xpeng”in səhmləri müvafiq olaraq 3,94 faiz və 1,97 faiz ucuzlaşıb.

Bu yeni tariflər aprelin 2-də qüvvəyə minəcək. Ağ Evin müşaviri Uill Şarf izah edib ki, tariflər mövcud rüsumlara əlavə olaraq xarici istehsal avtomobilləri və yüngül yük maşınlarına da şamil olunacaq. Bəyanatın tam təfərrüatları qeyri-müəyyən olaraq qalır, çünki əksər avtomobillər bir çox ölkədən gələn hissələrdən ibarətdir.

Şarf, bu tariflərin ABŞ-a hər il 100 milyard dollardan çox yeni gəlir gətirməsinin gözlənildiyini söylədi.

“iSeeCars”ın analitiki Karl Brauer, “ABŞ-da avtomobil satan istehsalçıların çoxu Çindən gələn avtomobil hissələri üçün qlobal təchizat zəncirlərindən asılıdır”, – deyib.

“Heç bir ABŞ avtomobil satıcısı bu tariflərin təsirindən xilas ola bilməyəcək”.

 





27.03.2025    çap et  çap et