AB Komissiyasının sədri Ursula von der Leyen ABŞ-ın avtomobil idxalına 25 faiz gömrük tarifləri tətbiq etmə qərarını və birlikdə elan edilməsi gözlənilən digər tədbirləri qiymətləndirəcəklərini və iqtisadi maraqlarını bunlara qarşı qoruyacaqlarını açıqlayıb.
Von der Leyen ABŞ-ın idxal avtomobil tariflərini elan etməsindən sonra bəyanat yayıb: “Mən ABŞ-ın Avropanın avtomobil ixracatına rüsumlar tətbiq etmək qərarından dərin təəssüflənirəm. Avtomobil sənayesi Atlantik okeanının hər iki tərəfində dərin inteqrasiya olunmuş təchizat zəncirləri vasitəsilə innovasiya, rəqabət qabiliyyəti və yüksək keyfiyyətli məşğulluğun davamçısıdır”.
Von der Leyen tariflərin vergiyə bərabər olduğuna və AB və ABŞ-dakı müəssisələr və istehlakçılar üçün pis təsir edəcəyinə diqqət çəkərək, “Bu məlumatı ABŞ-ın önümüzdəki günlərdə nəzərdə tutduğu digər tədbirlərlə birlikdə dəyərləndirəcəyik”, – deyib.
Von der Leyen, AB-nin iqtisadi maraqlarını qoruyarkən danışıqlar yolu ilə həll yolu axtarmağa davam edəcəklərini ifadə edərək, “27 üzv dövlətdən ibarət güclü bir cəmiyyət olaraq AB daxilində işçilərimizi, müəssisələrimizi və istehlakçılarımızı birlikdə qoruyacağıq”, – deyib.
ABŞ prezidenti Donald Tramp dünən ABŞ-da istehsalı olmayan bütün avtomobillərə 25 faizlik gömrük rüsumunun tətbiq edən sənəd imzalayıb.