Vaxt.Az
Əsgər özünü güllələyib
Hadisə silahla davranışda ehtiyatsızlıqdan baş verib
Naxçıvanda Azərbaycan ordusunun əsgəri özünü güllələyib. «Trend»in məlumatına görə, Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissədə əsgər Cəlilov Kamran Rüstəm oğlu avtomat silahla özünü güllələyib. Ağır yaralanan əsgər təcili hərbi hospitala yerləşdirilib. Əsgərin vəziyyətinin ağır olduğu bildirilir.
Faktı «Trend»ə Müdafiə Nazirliyinin
mətbuat xidmətindən də təsdiqləyiblər. Bildirilib ki, hadisə əsgər Kamran
Cəlilovun silahla davranışı zamanı təhlükəsizlik qaydalarını pozması
nəticəsində baş verib.
Faktla bağlı hərbi prokurorluq
tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, əsgər K.Cəlilov Lənkəran
rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
16.04.2014 çap et