Daha əvvəl koronavirusun yayılmasını və Kraliça Elizabetin ölümünü düzgün proqnozlaşdıran Salome, Trampın böyük texnologiya şirkətləri ilə güclü əlaqələrinin ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.
Salomeyə görə, Trampın vəzifəyə gəldikdən sonra İlon Mask (“Tesla” və “SpaceX”), Tim Kuk (“Apple”), “Microsoft” və “Amazon” kimi böyük texnologiya şirkətləri ilə qurduğu əlaqələr bu şirkətlərin qlobal səhnədəki gücünü artırır. Hökumətin süni intellektlə bağlı qaydaları yumşaltması bu nəhəng şirkətlərə daha az qanuni məhdudiyyətlərlə işləməyə imkan verir.
“The Daily Mail”də yer alan xəbərə görə Salome deyib ki, Trampın böyük texnologiya şirkətləri ilə tərəfdaşlığı digər ölkələri ABŞ-ın təsirini məhdudlaşdırmaq üçün yerli alternativlər yaratmağa sövq edə bilər. Avropa Birliyinin süni intellektlə bağlı sərt qaydaları və Çinin texnologiyaya böyük sərmayələri ABŞ-ın üstünlüyünə meydan oxuyacaq.
Atos Salome Trampın enerji siyasətlərinə də diqqət çəkir. Bərpa olunan enerjiyə dəstəyin azalması qalıq yanacaqların yenidən məşhurlaşmasına səbəb olub. “ExxonMobil” və “Chevron” kimi böyük enerji şirkətlərinin artan nüfuzu xüsusilə Avropa ölkələri ilə diplomatik problemlərə səbəb ola bilər. ABŞ-ın enerji gücünü artırmaq səylərinin Rusiya və Səudiyyə Ərəbistanı kimi əsas neft ixracatçıları ilə gərginliyə səbəb ola biləcəyi bildirilir.
Tramp BRİKS ölkələrinə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İndoneziya, İran və Birləşmiş Ərəb Əmirlikləri) qarşı xüsusilə aqressiv mövqe nümayiş etdirib. Rusiya və Hindistanla ticarət gərginliyi artır, Çinə yeni tariflər tətbiq edilir. Salome proqnozlaşdırır ki, bu, alternativ iqtisadi blokların formalaşmasını sürətləndirə və ABŞ-ın qlobal gücünü zəiflədə bilər.
Tramp Çinə qarşı sərt siyasət yürütsə də, onun Pekinə ilk beynəlxalq səfəri iqtisadi əlaqələrin siyasi ritorikadan da önəmli olduğunu göstərir. Salomenin sözlərinə görə, Çin və ABŞ arasında iqtisadi əlaqələr siyasi gərginlikdən daha mürəkkəbdir.
Salome bildirir ki, Trampın cəmiyyətdə yaratdığı qütbləşmə də diqqətə alınması lazım olan başqa bir məqamdır. O deyir ki, populist ritorika və anti-immiqrant siyasət ABŞ-da genişmiqyaslı etirazlara və sosial qeyri-sabitliyə səbəb ola bilər.