Vaxt.Az

Kosovonun baş naziri də tələyə düşüb


 

Bir çox məşhuru aldatmaqla məşhur olan rus fenomenlər özlərini Latviya prezidenti kimi təqdim edib

Kosovonun baş naziri də tələyə düşüb Vovan və Lexus ləqəbli rus sosial şəbəkə fenomenləri Kosovonun baş naziri Albin Kurtiyə video zəng etdilər ölzərini Latviya prezidenti kimi təqdim ediblər.

Kosovo Baş nazirinin dəftərxanasından verilən açıqlamada, Kosovo Baş naziri Albin Kurti ilə rusiyalı “Youtube”çular arasında video danışıq aparıldığı təsdiqlənib.

"Hadisə fevralın 9-da keçirilən seçkilərdən dərhal sonra, fevralın 11-də baş nazir Kurtiyə seçkilərin nəticələri ilə bağlı çoxlu təbrik mesajları və zənglər aldığı zaman baş verib. Zənglərin çoxluğuna görə hər zəngi tam yoxlamaq mümkün olmayıb", – məlumatda deyilir.

Bu xoşagəlməz hadisənin Rusiyanın Kosovonu hədəfə almaqda davam etdiyini təsdiqlədiyi vurğulanıb.

Bəyanatda Baş nazir Kurtinin belə bir çağırışın hədəfi olmasından təəssüfləndiyi ifadə edilərək, "Bu hadisə Baş nazir Kurtinin əsaslı və ardıcıl mövqeyini bir daha təsdiqləyir. Onun həm açıq görüşlərdə, həm də şəxsi söhbətlərdə əsas məsələlərlə bağlı mövqeyi dəyişmir".

Vovan və Lexus ləqəbli rusiyalı fenomenlər Vladimir Kuznetsov və Aleksey Stolyarov tərəfindən “Rumble” onlayn video platformasına yüklənən qeyddə Kurtinin Latviya prezidenti Rinkeviçs olduğuna inandığı şəxslə müxtəlif mövzularda təxminən 10 dəqiqə video zəng etdiyi görünür.

Kuznetsov və Stolyarov əvvəllər də oxşar üsullarla bir çox məşhurları, o cümlədən Fransa prezidenti Emmanuel Makron, Polşa prezidenti Anjey Duda, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, həmçinin Elton Con və şahzadə Harrini aldadıblar.

 





27.03.2025    çap et  çap et