Vaxt.Az

“Risk yaranıb”


 

“BofA” türk bankları üçün hədəf qiymətləri endirdi

“Risk yaranıb” “Bank of America” (BofA) keçən həftə Türkiyədə baş verən siyasi hadisələrdən sonra ölkə bankları üçün hədəf qiymətləri və səhm başına gəlir təxminlərini aşağı saldığını açıqlamışdı.

Dünən “BofA”nın Türkiyə bankları üçün qiymətləndirməsi dərc edilib.

“BofA” hesabatında siyasi qeyri-müəyyənliyin risk mükafatının artmasına və borclanma xərclərinin artmasına səbəb olduğunu bildirib.

Hesabatda bu vəziyyətin xalis faiz marjası və kapital perspektivi üçün risk yaratdığı vurğulanıb.

“Hazırda vacib sual meydana gəlir “Bu qırılmadır, yoxsa yeni tendensiyanın başlanğıcıdır”. İqtisadiyyat rəhbərliyi sabitliyi bərpa etmək və dezinflyasiya proqramını davam etdirmək əzmindədir. Siyasi qeyri-müəyyənlik azalarsa, inflyasiya təsiri azalacaq”, – hesabatda deyilir.

“BofA”nın banklar üçün hədəf qiymətləri (lirə) aşağıdakı kimi verilib:


Bank

Əvvəlki hədəf qiyməti

Yeni hədəf qiyməti

Akbank

98

86

Qaranti BBVA

176

162

Yapı Kredi

47

41

İş Bankı

22

19,4

Xalqbank

17,2

16,1

Vakıfbank

26,2

23,8

 





27.03.2025    çap et  çap et