Vaxt.Az

Yanlış peyvəndlə ölümdən döndü


 

Sağlam qadına həkimin səhvi nəticəsində dünyanın ən ölümcül xəstəliyinə tutuldu

Yanlış peyvəndlə ölümdən döndü Sağlam qadın səhv peyvənd ucbatından dünyanın ən ölümcül xəstəliklərindən birinə görə aylarla müalicə olunmağa məcbur olub.

İrlandiyada 30 yaşlı qadın qızılca, parotit və məxmərək (MMR) peyvəndi almaq üçün klinikaya gedib. Lakin tibb işçisi ona MMR əvəzinə böyük səhv edərək vərəmlə mübarizə üçün hazırlanmış “Bacillus Calmette-Guerin” (BCG) peyvəndi vurub.

Vərəm dünyanın ən ölümcül infeksiyası kimi tanınır və hər il təxminən 1,2 milyon insanın ölümünə səbəb olur. Normalda körpələrə tətbiq olunan BCG peyvəndi, səhv tətbiq olunarsa, ciddi yan təsirlərə səbəb ola bilər. Sağlam insanlarda bu cür ağırlaşmalar nadir olsa da, tibbi qeydlərə görə, yan təsirlər yüzdə 1-10 arasında dəyişir.

Qadının qoluna vurulan inyeksiyadan sonra inyeksiya yerində iltihablı absesin əmələ gəldiyi müşahidə olunub. Əvvəlcə həkimlər bunun dəridəki birləşdirici toxumanın iltihabı ilə bağlı olduğunu düşünsələr də, analizlər nəticəsində məlum olub ki, absesdə vərəmə səbəb olan bakteriyalar var. Mütəxəssislər qadının bədənində vərəmə səbəb olan bakteriyaların mal-qarada tez-tez rast gəlinən suşdan qaynaqlana biləcəyini bildiriblər.

Daha pisi BCG peyvəndi dərialtı yolla vurulmalı ikən, yanlış olaraq əzələdaxili vurulub. MMR kimi viral peyvəndlərdən fərqli olaraq, BCG bakteriya ehtiva edir, buna görə də əzələdaxili olaraq tətbiq edildikdə, infeksiya idarəolunmaz hala gəlir və bakteriyaların yayılmasına səbəb olur.

Yanlış peyvəndləmə nəticəsində qadın immun sistemi sağlam olsa da, ciddi infeksiyaya yoluxub. Xəstəyə vərəmin müalicəsində istifadə edilən dərmanlar verilib və 6 aylıq müalicədən sonra tam sağaldığı bildirilir.

 





27.03.2025    çap et  çap et