Xüsusilə, ABŞ və Avstraliyaya göndərilən 367 uşaqla bağlı sənədlərin araşdırılması nəticəsində onların şəxsiyyəti haqqında məlumatların qəsdən dəyişdirildiyi və uşaqların anaları sağ olmasına baxmayaraq, yetim kimi göstərildiyi üzə çıxıb. Araşdırmaya görə, 1960-1990-cı illər arasında Cənubi Koreyada doğulan 200 minə yaxın uşağın saxta sənədlərlə övladlığa götürülmək üçün Qərb ölkələrinə “satıldığı” üzə çıxıb.
Övladlığa götürmə prosedurlarını həyata keçirən qurumların hər uşaq üçün orta hesabla 2000 dollar qazandığı və hökumətin bu ticarətə nəzarət etmədiyi müəyyən edilib. Qalmaqalın ən diqqət çəkən məqamlarından biri də dövrünün idarələrinin əlil uşaqları və nikahdankənar doğulan körpələri ölkədən çıxarmaq üçün bu prosesi təşviq etməsi oldu.
Cənubi Koreyadan Avropa və ABŞ-a övladlığa götürülən uşaqların sayının 200.000 civarında olduğu təxmin edilir. Bu uşaqların əksəriyyətinin 1970-1980-ci illərdə ölkəni tərk etmək məcburiyyətində qaldığı bildirilir.
Komissiya qalmaqalın ilk rəsmi etirafını elan edib və hökuməti keçmiş səhvlərə görə üzr istəməyə çağırıb. Komissiya sədri fikrini “Uşaqları çamadan kimi xarici ölkələrə göndərirdilər”, – sözləri ilə yekunlaşdırıb.