Vaxt.Az

4 min əsgər öldürülüb


 

Şimali Koreya Rusiyaya daha 3000 əsgər göndərib

4 min əsgər öldürülüb Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya əsgər göndərməsinin əks-sədası davam edərkən, Cənubi Koreya ordusundan mövzu ilə bağlı təəccüblü bir iddia gəldi. Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Pxenyanın ilkin olaraq Moskvaya təxminən 11 min əsgər göndərdiyi və bu əsgərlərdən 4 mininin öldüyü və ya yaralandığı xatırladılıb.

Şimali Koreyanın bu il Rusiyaya əlavə hərbçi yerləşdirdiyi bildirilən açıqlamada, “Yanvar-fevral ayları arasında əlavə 3000 əsgərin göndərildiyi düşünülür”, – deyilir. Qeyd olunub ki, Şimali Koreya Rusiyaya raket, sursat və artilleriya avadanlığı, o cümlədən xeyli sayda qısa mənzilli ballistik raketlər, təxminən 220 ədəd 170 mm-lik özüyeriyən artilleriya sistemi və 240 mm-lik reaktiv yaylım atəşi qurğuları təqdim etməyə davam edir.

Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin iyununda Pxenyanda görüşüb və “Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi” imzalayıblar. Putin, bir çox sahələrdə qarşılıqlı əməkdaşlığı nəzərdə tutan müqavilənin tərəflərdən birinə qarşı xarici hücum zamanı qarşılıqlı yardımı da nəzərdə tutulduğu bildirmişdi. “Rusiya imzalanmış sazişə uyğun olaraq Şimali Koreya ilə hərbi-texniki əməkdaşlığı istisna etmir”, – deyə Putin bildirib. Baş verənlərin ardınca Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya əsgər göndərdiyi məlum olub.

 





27.03.2025    çap et  çap et