Vaxt.Az

İran partlamaq üçün yetişib


 

Bütün hadisələr və gedişat bu istiqamətdə inkişaf edir

İran partlamaq üçün yetişib İsrailin fikir adamlarından biri, ölkənin Kəşfiyyat İdarəsinin polkovniki, professor Mordeçai Kedar dünən “Yerusəlim Post”a nəşrinə geniş müsahibə verib. Jurnalistin “İsrail hökumətinə Güney Azərbaycanla nəyə görə işləməyib, dəstək verməyib” sualına Kedar İsrailin şərq dünyasında ən yaxın dostunun Azərbaycan Respublikası olduğunu xatırladaraq Güney Azərbaycanın azadlığı ilə İsrailə yeni müttəfiq ölkə yarana biləcəyini bildirib.

Proseslər yavaş-yavaş qızışır. Urmiya etirazlarının sabahı gün də Ərdoğan Çanaqqala savaşının ildönümü ilə bağlı tədbirdəki çıxışında “Hələbdən Təbrizə, Mosuldan Qüdsə qədər mənəvi coğrafiyamız” cümləsini işlədib. İran mediası hazırda “Təbriz sizin hardan mənəvi coğrafiyanız oldu” yazıları ilə fəğan edir.

***

Digər maraqlı bir xəbər SEPAH-la bağlıdır. Təhlükəsizlik qurumu Urmiya etriazçılarını sərt cəzalandıracağını elan edərək 22 nəfəri həbs etmişdi. Sabahı gün prezident Pezeşkian Urmiya gölünün quruması ilə bağlı bölgəyə səfər edib. Bundan sonra həbs edilənlər girov müqabilində azad edilib.

Paralel olaraq İranın mədəniyyət və islam naziri, türklərin gərginliyə təhrik edilməməlisinin sonunu tezliklə alovlanıb dağıdıcı gücə çevrilə bilməsi ilə bağlı hökumətə xəbərdarlıq edib.

 





27.03.2025    çap et  çap et