Vaxt.Az

İnformasiyalı işğalın muzdlusu


 

Prokofyevanın gödəkçəsində “Press” əvəzinə “Z” yazılmışdı

İnformasiyalı işğalın muzdlusu “X” platformasının Rusiya seqmentində “Prof. Preobrajenski” adı ilə fenomen istifadəçi dünən Belqorodda minaya düşən imperiya təfəkkürlü, şovinist “jurnalist” Anna Prokovyevanın gerçək kimliyini ifşa edən paylaşım edib.

Həmin paylaşımın müxtəsər tərcüməsini təqdim edirəm:

“Səhərdən bəri Rusiya təbliğatının fəryadı: Birinci Kanalın “jurnalisti” və “müharibə müxbiri” Prokofyeva həlak olub. O, Belqorod vilayətində minaya düşüb...

Gəlin dərhal bütün “və”lərin nöqtələrini qoyaq:

1. Prokofyeva adlı “jurnalist” heç vaxt olmayıb.

2. Həmçinin “müharibə müxbiri” də olmayıb.

3. O, nifrət və faşizmin qızışdırılmasında birbaşa və məqsədli şəkildə iştirak edən savaş təbliğatçısı idi.

Prokofyeva “Press” işarəsinin əvəzinə, Georgiyev lentinin fonunda “Z” hərfi yazılmış geyimdə işləyirdi.

Prokofyeva özünü “jurnalist Z” adlandırırdı.

Prokofyeva Ukraynanı alçaldıcı faşist ifadəsi ilə “ölkə 404” adlandırıb.

O, sırf təbliğat cəbhəsinin, informasiya savaşının əsgəri idi.

O, jurnalist yox, yaraqlıdır, muzdlu döyüşçü idi.

***

Prokofyeva öz təbliğatı ilə faşizm toxumlarını səpirdi.

Prokofyeva şüurlu surətdə müharibə cinayəti törədirdi.

Müharibə canisi layiq olduğunu da aldı.

Amma jurnalistlərə isə zərər dəyməyib; çünki onlar orada deyildi.

– Prof.Preobrajenski”

P.S. Gördüyümüz kimi Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da ağ yalan danışır. Anna Prokofyeva “Pressa” işarəsindən istifadə etmirdi.

P.P.S. Bizim bəzi həmkarlarımızın nəzərinə: Suveren Ukraynaya qarşı nifrət və işğalçılığı təbliğ edən belə bir dırnaqarası “jurnalist” üçün başsağlığı verməyə dəyməz.

 





27.03.2025    çap et  çap et