Təxminən 2,7 milyard dollar sərvəti ilə Rusiyanın ən varlı iş adamlarından biri olan Vadim Moşkoviçlə bağlı açılan işə paytaxt Moskvanın Meşçanski məhkəməsində baxılıb.
Külli miqdarda dələduzluqda ittiham olunan Moşkoviç ona qarşı irəli sürülən ittihamları rədd etsə də, məhkəmə onun 2 ay müddətinə həbs olunmasına qərar verib.
Rusiyanın ən böyük kənd təsərrüfatı şirkətlərindən biri olan “Rusaqro”nun təsisçisi Moşkoviç Qərbin sanksiyalarından sonra şirkətdəki payını 50 faizdən aşağı salıb.
Rusiya mətbuatında çıxan xəbərlərə görə, Moşkoviç “Solneçniye Produkti” adlı şirkətin satın alınması zamanı 30 milyard rubla yaxın (təxminən 356 milyon dollar) dələduzluq etməkdə ittiham olunur.
İnkişafın ardınca Moskva birjasında satılan “Rusaqro”nun səhmləri dünən 19,5, bu gün isə 14 faiz dəyər itirib.