Vaxt.Az

Merkel Putinə zəng edib...


 

... və Ukraynadakı vəziyyət barədə müzakirə aparıb

Merkel Putinə zəng edib... Almaniya kansleri Angela Merkel Rusiyanın prezidenti Vladimir Putinə zəng edərək, onunla Ukraynadakı vəziyyəti müzakirə edib.

Merkelin kabinetindən məlumat veriblər ki, o, aprelin 15-də axşam telefon vasitəsi ilə Putinlə Ukraynadakı «hadisələrin müxtəlif qiymətləndirilməsi»nə vaxt ayırıblar.

Bəyanatda deyilir ki, müzakirələr aprelin 17-də Cenevrədə keçiriləcək Rusiya, Ukrayna, ABŞ və Avropa İttifaqı (Aİ) yüksək vəzifəli diplomatlarının birgə görüşü ətrafında baş tutub.

Xatırladaq ki, gün ərzində daha öncə Ukrayna ordusu və silahlı Rusiya yönümlü nümayişçilər arasında toqquşmalar olub. Toqquşmalar prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinovun anti-terror əməliyyatını elan edərək, ölkənin şərqində administrasiya binalarını ələ keçirən rusiyapərəst nümayişçilərə qarşı mübarizəyə başlaması nəticəsində baş veriblər.

 





16.04.2014    çap et  çap et