Hökumət əvvəllər müraciətlərin dayandırılmasının yalnız dövlət təhlükəsizliyinə təhlükə yaradan şəxslərə şamil ediləcəyini bildirmişdi. Valideynsiz uşaqlar, hamilə qadınlar, qocalar, xəstələr və geri göndərildikdə “ciddi zərər riski” olanlar üçün istisnalar ediləcək.
Vətəndaş cəmiyyəti təşkilatları isə bu praktikanın insan haqlarını pozacağını bildirərək Tusk administrasiyasına etiraz edib.
Belarus sərhədində təhlükəsizliyin artırılması lazım olduğunu deyən Tusk tənqidlərə reaksiya verib və qeyri-qanuni mühacirlərin ölkəyə buraxılmayacağını bildirib.
Polşa və Avropa Birliyi (AB) Rusiya və Belarusu 2021-ci ildən bəri əsasən Yaxın Şərq və Afrikadan olan miqrantların keçidini asanlaşdırmaqda ittiham edir. Polşa, Litva, Latviya və Finlandiya da 2021-ci ildən bəri Belarus və Rusiyadan gələn bəyan edilməmiş immiqrasiyada artım müşahidə edib. Digər tərəfdən, təkcə beynəlxalq təşkilatlar deyil, həm də onun koalisiyadakı tərəfdaşları da Tuska qarşı çıxıblar.
Sol Partiyadan olan Kşiştof Şmişek Tusk ilə qurduqları koalisiyanın əvvəlki hökumətə bənzəməməsi lazım olduğunu deyib və beynəlxalq hüquqa riayət etməyin vacibliyini vurğulayıb.
AB Komissiyasının sözçüsü Anitta Hipper də Tuskun sığınacaq hüququ ilə bağlı mümkün addımının “insan hüquqları sahəsində öhdəliklərin pozulması” təhlükəsi yaratdığını bildirib.