Ukraynada müharibəyə son qoymaq üçün atəşkəs planı və təhlükəsizlik təminatlarını müzakirə etmək üçün Fransanın paytaxtı Parisdə 31 ölkənin liderini bir araya gətirən sammit yerli vaxtla saat 10:00-da başlayıb.
Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında keçirilən sammit öncəsi ABŞ prezidenti Donald Trampla görüşüb.
Görüşün təfərrüatları açıqlanmasa da, Makron bildirib ki, Rusiya Ukraynada təklif olunan atəşkəslə bağlı dəqiq cavab vermədiyi təqdirdə prezident Tramp özünü aldanmış və xəyanət edilmiş hiss edəcək.
Sammitdə çıxış edən Makron Rusiyaya qarşı sanksiyaları ləğv etməyin vaxtı olmadığını deyib. “Sülh bərqərar olmadan sanksiyaların ləğvindən söhbət gedə bilməz”, - Makron bildirib.
Makron Rusiya sənayesinə iqtisadi təzyiqi davam etdirməyi hədəflədiklərini və bu istiqamətdə səfərbərliyə davam edəcəklərini də vurğulayıb.