“The Atlantic” dünən ABŞ-ın müdafiə naziri Pit Heqsetin 15 martda planlaşdırılan əməliyyatın başlama tarixini və ABŞ-ın gözlənilən hücum dalğası ilə bağlı təfərrüatlarını qeyd etdiyi mətn mesajının ekran görüntüsünü dərc etdi.
Demokratların sərt tənqidləri qarşısında Ağ Ev prezident Trampın milli təhlükəsizlik komandasına inamını bir daha təsdiqlədi və “Signal”ı təsdiq edilmiş proqram və ünsiyyət üçün ən təhlükəsiz və effektiv üsul adlandırdı. Ağ Evin sözçüsü Karolin Livitt bildirib ki, proqram Müdafiə və Dövlət Departamentlərində və Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) hökumət telefonlarında quraşdırılıb. Livitt həmçinin təsdiqləyib ki, milli təhlükəsizlik komandası və İlon Maskın komandası hadisənin təhqiqatında iştirak edir.