Vaxt.Az

Sonsuzluq yaradır


 

Müalicəyə reaksiya verməyən virus sürətlə yayılır

Sonsuzluq yaradır Böyük Britaniyada yayılan gonoreya halları xəstəliklərində böyük artım var. Rəsmi məlumatlara görə, bu rəqəm iki dəfə çoxalıb. Mütəxəssislər müalicəyə reaksiya verməyən bu infeksiyanın sürətlə yayılmasının xəstəliyi sağalmaz hala gətirdiyini bildirirlər.

Mütəxəssislər xəstəliyin müalicə edilmədikdə sonsuzluq və çanaq iltihabı kimi sağlamlıq problemlərinə səbəb olduğunu söyləyərək, xüsusilə Asiya-Sakit Okean ölkələrinə səyahət edənlərə xəbərdarlıq ediblər. Britaniya səhiyyə rəsmiləri xaricə səyahət edən insanlara prezervativdən istifadə etmələri barədə xəbərdarlıq da edib.

Mütəxəssislər xüsusilə qorunma və müntəzəm sınaqların bu infeksiyanın yayılmasının qarşısını aldığını bildiriblər.

 





27.03.2025    çap et  çap et