“Bu “F-35” və “F-16” məsələsi hərbi məzmunlu görünsə də, əslində siyasi bir məsələdir. Və bu, xarici siyasətdəki münasibətlər oxundan asılı olaraq birbaşa Türkiyənin ABŞ arasında baş verən anlaşılmazlıqlarla bağlıdır. Ona görə də biz bu məsələyə sadəcə hərbi məsələ kimi baxmamalıyıq. İndi baxanda hərbi məsələni bir kənara qoyaq. Bəs ABŞ və Türkiyə arasında xarici siyasət əlaqələri necə inkişaf edir? Buna baxmaq lazımdır.
İndi ABŞ Yaxın Şərq siyasətində Türkiyəniqarşısına almaq istəmir. Türkiyəni ziddiyyətdə olsa , ABŞ-ın hazırladığı strateji Yaxın Şərq planı iflasa uğrayacaq. Fikir verin, Türkiyə qlobal bir gücün strateji planlarının mərkəzində duran bir ölkədir. İndi buna görə də biz bunu əvvəllərdə demişik. Türkiyə xüsusilə Yaxın Şərq planlarında pozucu bir ölkə olmamaq üçün bəzi güzəştlərə getməlidir. Bu güzəştlər iki qrupa bölünür. Məsələ hərbi baxımdan, “F-35” və “F-16” anlaşmaları ilə bitmir. Gizli embarqolar ABŞ vasitəsilə ikinci tərəflər vasitəsilə tətbiq edilən sanksiyalardır. “CAATSA” sanksiyaları ilk növbədə iki ölkə arasındakı münasibətlərdə və FETÖ məsələsində bu problemlərin aradan qaldırılmasına yönəlib. Siyasi konsensus əldə olunub. Bundan sonra bu, yalnız vaxt məsələsidir. Beləliklə, ABŞ-ın iki məqsədi var. Ya Türkiyəni yanına almalıdır. Bunun üçün nə qədər güzəştə gedəcəklərini görəcəyik. Ya da çəkə bilməsə belə, zərərsizləşdirilməsini təmin etməlidir”, – Eray Güclüər deyib.