Ötən həftə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlanılarkən Türkiyə Cümhuriyyət Mərkəzi Bankının (TCMB) ehtiyatlarında kəskin azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin aprelindən bu yana TCMB-nin xalis ehtiyatlarının, swaplar istisna olmaqla, pandemiyadan sonra ən kəskin azalması 13,2 milyard dollar təşkil edib.TCMB məlumatlarına görə, ötən həftə ümumi ehtiyatlar 8 milyard dollar azalaraq 163,1 milyard dollar olub. Bu, 2023-cü ilin may ayından bəri ümumi ehtiyatlarda ən sürətli azalma oldu. Xalis ehtiyat göstəricilərində də tarixi azalmalar olub.
Xalis ehtiyatlar 73,9 milyard dollardan 62,1 milyard dollara düşüb.
çap et