Vaxt.Az

Fransada ölümcül virus xəbərdarlığı


 

Listeriya bakteriyası hamilə qadınlarda, yaşlılarda ciddi fəsadlara yol açır

Fransada ölümcül virus xəbərdarlığı Fransada Lidl supermarketlərində satılan iki fərqli “Comté” pendirində listeriya bakteriyası aşkar edilib. Səlahiyyətlilər bu məhsulları istehlak edənlərin diqqətli olması və pendirləri geri qaytarması lazım olduğunu açıqlayıb.

“Listeria monocytogenes” bakteriyası xüsusilə hamilə qadınlarda, yaşlılarda və immun sistemi zəif olan şəxslərdə ciddi infeksiyalara səbəb ola bilər.

“Rappel Conso” tərəfindən edilən açıqlamaya görə, geri çağırılan məhsullar – “Chêne d’Argent” brendindən 150 q sürtgəcdən keçirilmiş “Comté AOP” və “de Nos Régions” pendirləridir. 19-24 mart tarixləri arasında bu məhsulları alanlar onları istehlak etməməli və mayın 26-dək tarixinədək ən yaxın Lidl mağazasına qaytarmalıdırlar. Listeria bakteriyaları baş ağrısı, yüksək hərarət kimi simptomlarla özünü göstərə bilər. Simptomlar virusa yoluxanlarda bəzən həftələr özünü göstərmir.

Lidl suopermarketlər şəbəkəsi məhsulları geri qaytaran müştərilərə heç bir problem yaratmayacağını bildirib.

 





27.03.2025    çap et  çap et