Aparılan bir araşdırmaya görə, Hamburq polisində çalışan hər 4 polisdən 1-nin irqçi və ya ifrat sağçı mövqedə olduğunu ortaya qoydu.
Araşdırmanın nəticələrinə görə, sorğuya qatılan hər dörd polisdən biri özlərini irqçi və ya ifrat sağçı olaraq təyin edərkən, yüzdə 45-i isə miqrantlara mənfi münasibət bəslədiklərini bildirib.
Araşdırma nəticəsində Sinti və Roma kimi qrupların və ya uzun müddətdir işsiz olanların mənfi qiymətləndirildiyi və müsəlmanların polis əməkdaşları tərəfindən tez-tez qeyri-demokratik və ya xarici adlandırıldığı qənaətinə gəlinib.
2018 polis əməkdaşı arasında keçirilən sorğuda iştirak edənlərin üçdə birinin populist fikirlərə açıq olduğu, 7 faizinin isə sui-qəsd nəzəriyyələrinə inandığı məlum olub.
Bildirilib ki, hazırda Hamburq polisi tərkibində 15 keçmiş polis məmuru ilə bağlı intizam istintaqı aparılır və sözügedən şəxslər “WhatsApp” qruplarında irqçi və milli sosialist məzmunlu məzmun yaymaqda ittiham olunurlar.