Bu gün maqnit qasırğası yerə çatıb. BBC-nin verdiyi məlumata görə, Günəşdə mayın 22-də baş verən partlayış nəticəsində fəzaya böyük miqdarda plazma kütləsi atılıb.
Alimlər yüksək enerjili protonların konsentrasiyasının artdığını qeydə alıblar ki, bu da kosmik aparatlar üçün təhlükəlidir. Yer kürəsinin qütblərində radioəlaqənin pozulacağı gözlənilir.
çap et