Vaxt.Az
Sədrlik Belarusa keçəcək
MDB dövlət başçıları Aşqabadda toplaşacaqlar
Dekabrın 5-də Aşqabad şəhərində MDB ölkələri dövlət başçılarının növbəti toplantısı keçiriləcək.
APA-nın xəbərinə görə, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun sədrliyi ilə keçiriləcək sammitin gündəminə iqtisadi, regional və humanitar sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi, təhlükəsizliyin təmin olunması və digər istiqamətlərə dair 20-yə yaxın sənəd daxil edilib. MDB dövlət başçıları ticarət-iqtisadi, valyuta, mədəniyyət, ekologiya və təhlükəsizlik məsələlərini, eləcə də Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə hazırlığı müzakirə edəcək, qarşılıqlı maraq doğuran beynəlxalq problemlər haqqında fikir mübadiləsi aparacaq, MDB Parlament Assambleyasının fəaliyyətinə dair informasiya dinləyəcəklər.2013-cü il üçün MDB-də sədrlik Belarusa keçəcək.
Sammit ərəfəsində dekabrın 4-də Aşqabadda MDB Xarici İşlər Nazirləri Şurasının iclası olacaq.
01.12.2012 çap et