Vaxt.Az

Mənsimovdan xeyirxah addım


 

İş adamı 2 yaşlı qıza 500 min avro bağışladı

Mənsimovdan xeyirxah addım Xərçəng xəstəliyindən əziyyət çəkən Tuananın hesabına 500 min avro köçürülüb.

Azərbaycanlı iş adamı Mübariz Mənsimov 2 yaşlı Tuanaya kömək əlini uzadıb. Belə ki, o, xərçəng xəstəliyindən əziyyət çəkən Tuananın hesabına 500 min avro köçürdüb. Balaca körpə valideynləri ilə birlikdə müalicəsini davam etdirmək üçün 2 illik Almaniyaya yola salınıb. 

Qeyd edək ki, 2 yaşlı Tuana Gülbən Ərgənin «Show» TV-də apardığı verilişə qonaq qismində gətirilib və ona kömək lazım olduğu vurğulanıb. Veriliş vaxtı Mübariz Mənsimovun işçisi studiyaya zəng edərək kömək etməyə hazır olduğunu bildirib və uşağın hesabına 500 min avro köçürüləcəyini qeyd edib. (axar.az)

 

 





16.04.2014    çap et  çap et