Vaxt.Az

Yeni psixoloji həddə yaxınlaşır


 

ABŞ-ın avtomobil tarifləri qızılın qiymətinin yeni rekorduna səbəb olub

Yeni psixoloji həddə yaxınlaşır ABŞ Prezidenti Donald Trampın yeni avtomobil tariflərini elan etməsindən sonra artan qlobal ticarət gərginliyi və bunun nəticələri ilə bağlı narahatlıqlar qızılın unsiya qiymətini rekord həddə çatdırıb.

Təhlükəsiz sığınacaq aktivlərindən biri olan qızıl artan qeyri-müəyyənlik, iqtisadi durğunluq və ABŞ-ın yeni tarif planlarının mümkün nəticələri ilə bağlı narahatlıqlar, həmçinin geosiyasi risklər səbəbindən rekord qırmağa davam edir.

Bu gün qızılın unsiya qiyməti 3059,30 dollara çataraq rekordunu təzələyib. ABŞ hökumətinin avtomobil idxalına 25 faiz rüsum tətbiq edəcəyini açıqlaması bu gün qiymətli metalın yeni rekord səviyyəyə çatmasına səbəb olub.

Yeni ilin ilk günündən 2620 dollar ətrafında başlayan qızılın unsiyası ilin əvvəlindən bu yana 440 dollar civarında dəyər qazanaraq bu il 17 dəfə rekord qırıb.

Maraqlıdır ki, qızılın unsiya qiyməti martın 14-də ilk dəfə olaraq 3000 dollarlıq psixoloji həddi aşdıqdan sonra qiymətli metal yeni rekordlar axtarışındadır .

Qızılın qiymətinin yüksəlməsinə dəstək verən ilk 3 amil Trampın tarif siyasətində investorlar arasında qeyri-müəyyənliyə səbəb olan inkişaflar, ABŞ-ın potensial olaraq artan büdcə kəsiri ilə bağlı narahatlıqların artması və qlobal iqtisadiyyatla bağlı qeyri-müəyyənliklər və artan geosiyasi gərginliklər səbəbindən dünyanın aparıcı mərkəzi banklarının əlində olan qızıl ehtiyatlarının artmasıdır.

Çin və Hindistan kimi bəzi qeyri-Qərb ölkələrinin mərkəzi banklarının ABŞ-ın mümkün sanksiyalarına qarşı geosiyasi cəhətdən qorunmaq üçün qızıl alışlarından istifadə etmək istəməsi qızılın qiymətini şərtləndirən dördüncü amil kimi göstərilir.

Analitiklər qeyd ediblər ki, artan geosiyasi gərginlik, ticarət tarifləri və maliyyə bazarlarında qeyri-müəyyənlik fonunda investorlar getdikcə sabitlik axtarır və onu qızılda tapırlar, Tramp qlobal nizamı daha geniş miqyasda pozmaqla hədələdiyi üçün qızıl rekordları qırmağa davam edir.

Qızılın unsiya qiymətində son rekordun Trampın tarif planlarını əhatə edən qeyri-müəyyənlikdən qaynaqlanan təhlükəsiz liman alışları ilə gəldiyini bildirən analitiklər, Riçard Niksonun dolların qızıla konvertasiyasına son qoymasından sonra (19 avqust 1951-ci il) qızılın son aylardakı artım silsiləsini “üçüncü əsas bazar” kimi qiymətləndirirlər.

 





27.03.2025    çap et  çap et