"Bu səhər planlaşdırılan və davam edən xərçəng müalicəsindən sonra Kral xəstəxanada qısa müddət ərzində müşahidə tələb edən müvəqqəti yan təsirlər müayinə edilib. Bu səbəbdən, Kralın günortadan sonrakı görüşləri təxirə salınıb”, – Bukingem Sarayının bəyanatında deyilir.
Açıqlamada Kral Çarlzın xəstəxananı tərk edərək “Clarence House” sarayına geri döndüyü və həkimlərin tövsiyəsi əsasında kralın sabahkı proqramının ehtiyat tədbiri olaraq dəyişdiriləcəyi bildirilib.
***
Kral Çarlzın prostat böyüməsi səbəbiylə 2024-cü ilin yanvarında müalicə olunacağı açıqlanmış, 26 yanvarda xəstəxanaya yerləşdirilən Kral isə yanvarın 29-da evə buraxılmışdı. Fevralın 5-də Bukingem Sarayından verilən açıqlamada, Kral Çarlzın sınağın nəticəsi olaraq xərçəng diaqnozu qoyulduğu bildirilmişdi.
Xəstəliklə bağlı müalicəyə başlanıldığı və Kralın prostat xərçəngi olduğu bildirilən açıqlamada xərçəngin növü və mərhələsi ilə bağlı məlumat verilməmişdi.