Münhen də tələbə otağında birinci yerdədir
“Moses Mendelssohn” İnstitutu (MMI) və “WG-Gesucht” platformasının birgə araşdırmasına görə, Almaniyada bir WG otağının orta kirayəsi 619,25 avro olaraq hesablanır. Lakin bəzi şəhərlərdə bu rəqəm xeyli yüksək həddə çatıb.
Araşdırmaya görə, tələbə evləri üçün ən yüksək kirayələr Münhendədir. Tələbələr burada bir otaq üçün orta hesabla 790 avro ödəməlidirlər. Bu məbləğ dövlət tələbə qrantı (BAföG) tərəfindən verilən dəstəyi üstələyir və tələbə mənzil böhranını dərinləşdirir.
Tələbə evlərində orta ölçülü otaq kirayəsinin qiymətləri
Şəhər |
Ortalama qiymətlər (Euro) |
Münhen |
790 |
Frankfurt |
680 |
Qarçinq və Ismaninq |
657,50 |
Berlin |
650 |
Hamburg |
620 |
Düsseldörf və Köln |
600 |
Ştuttqart |
560 |
Potsdam |
555 |
Konstanz |
550 |
Frizinq |
530 |
Böyük şəhərlərdən kənarda Münhen ətrafındakı Qarçinq və İsmaninq kimi ərazilər də yüksək kirayə təzyiqi ilə üzləşir. Bu ərazilərdə tələbə sıxlığının çox olması kirayə qiymətlərinin qalxmasına səbəb olur.
***
MMI-nin 2025-ci ilin yay proqnozlarına görə, icarə haqqı artımları davam edəcək. Məsələn, Hamburqda qiymətlər 610 avroya, Münhendə isə 800 avroya yüksələcək. Berlində qiymətlər hələlik stabil olaraq qalır.
Tələbələr üçün mənzil xərcləri getdikcə daha böyük problemə çevrilir və bu, Almaniyada mənzil böhranının dərinləşdiyini göstərir.