O, Şekspirin “Hamlet” əsərinin “Lenfilm” istehsalı olan ekran versiyasında baş rolda çıxış edərək həm SSRİ-də, həm də beynəlxalq aləmdə əfsanəyə çevrilib. Bu obraza verdiyi psixoloji dərinlik, incəlik və daxili dramatizm təkcə tamaşaçıları deyil, peşəkar tənqidçiləri də heyran etmişdi. Smoktunovskinin ifası çoxları üçün Hamletin ən unudulmaz ekran təcəssümüdür.
O, həm teatrda, həm kinoda unudulmaz iz qoyub. “Avtomobildən qorun” ("Берегись автомобиля") filmində yaratdığı Detoçkin obrazı ilə Smoktunovski özünün aktyor diapazonun nə dərəcədə geniş olduğunu bir daha nümayiş etdirdi.