“Hökumətimiz tərəfindən radikal Ssol “Politico” jurnalına verilən 8 milyon dollara nə oldu? Zəngin adamlara məxsus bu pullar DOGE tərəfindən tez bir zamanda geri alınmalıdır”, – Tramp paylaşımında bildirib.
Tramp həmçinin ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin Administratoru Li Zeldinin istixana qazlarının tullantılarını azaltmaq üçün çalışan qruplar koalisiyasına nahaq yerə 2 milyard dollar verdiyinə dair iddialara toxunub və Demokratlar Partiyasının 2018-ci ildə Corciya qubernatorluğuna namizədi Steysi Abramsın da daxil olduğu ətraf mühit layihəsinə verilən maliyyənin geri qaytarılmasını tələb edib.
USAİD ətrafında mübahisələr ABŞ prezidenti Tramp yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan dərhal sonra xarici yardım haqqında fərman imzalayıb. Fərmanda ABŞ-ın xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və agentliklərdən xarici ölkələrə ödənişləri kəsəcəyi, proqramın ABŞ-ın xarici siyasətinə uyğunluğunu qiymətləndirmək üçün 90 günlük yoxlama müddətinin başladığı qeyd edilib.
ABŞ Dövlət Departamenti də yanvarın 27-də Departament və USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını açıqlayıb.
DOGE-nin rəhbəri Elon Mask, USAİD menecerləri ilə bağlı problemlərə görə işçilərin “inzibati məzuniyyətə” göndərildiyini açıqladı. Agentliyin sosial media hesabları da bağlanıb.
Vaşinqton Rayon Məhkəməsinin hakimi Əmir Əli daha sonra Tramp administrasiyasına USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini müvəqqəti bərpa etməyi əmr etdi.