Vaxt.Az

300 metr hündürlükdə püskürmə


 

Havaydakı Kilauea vulkanı hərəkətə keçib

300 metr hündürlükdə püskürmə Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea vulkanı 300 metr hündürlüyə çatan lava püskürdü.

ABŞ Geoloji Tədqiqat Xidməti (USGS) Havaydakı vulkanının lava püskürməyə davam etdiyini açıqlayıb.

Vulkanın 300 metr yüksəkliyə qədər lava püskürdüyü paylaşılarkən, vulkanik fəaliyyət səbəbiylə yaşayış məntəqələrinin təhlükə altında olmadığı bildirilib.

Kilauea vulkanı 2024-cü ilin dekabrından bu yana cəmi 15 dəfə lava püskürdü. Bu püskürmələrin ən qısası 13 saat, ən uzunu isə 8 gün davam etdi.

 





28.03.2025    çap et  çap et