Vaxt.Az

Almaniya Ukraynanı qazla təmin edəcək


 

RWE «Naftoqaz»a müqavilə təklif edir

Almaniya Ukraynanı qazla təmin edəcək Bu gün alman enerji nəhəngi RWE Ukraynaya qaz ixrac edəcəyini bəyan edib. Bu təchizat 2012-ci ildə Naftoqaz ilə bağlanmış 5 illik müqavilə çərçivəsində mümkün olacaq. Müqaviləyə görə, Rusiya qaz təchizatını dayandırsa RWE Ukraynaya illik 10 milyard kub metrədək qaz təchiz etməyi öhdəsinə götürür. Xəbəri «Le Monde» yayıb.

RWE-dən verilən xəbərə görə Ukraynaya ötürüləcək qaz Polşa ərazisindən keçəcək.

2013-cü ildə RWE «Naftoqaz»a 1 milyard kub metr qaz ixrac edib. Alman şirkətindən bildiriblər ki, «Ukrayna-Slovakiya sərhədindəki maneələr texniki və siyasi həllini taparsa, nəql edilən qazın həcmi də əhəmiyyətli dərəcədə artacaq».

Qeyd edək ki, Ukrayna ildə 50 milyard kub metr qaz istehlak edir. Bunun 20 milyardını özü əldə edir və 30 milyardını Rusiyadan alır. Bundan əlavə, Rusiyadan Avropa İttifaqına nəql edilən 65-133 milyard kub metr qaz Ukraynanın ərazisindən keçir.

 





16.04.2014    çap et  çap et