Vaxt.Az

Tramp Ağ Evdə iftar verib


 

“Prezident olduğum müddətcə sizin yanınızda olacağam”

Tramp Ağ Evdə iftar verib ABŞ prezidenti Donald Tramp Ağ Evdə Amerika müsəlman icması və bəzi ölkələrin nümayəndələri üçün iftar süfrəsi verib. Tramp iftar proqramındakı çıxışına “Ramazan bayramınız mübarək” sözləri ilə başlayıb.

ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin ilk iftar proqramında bəzi müsəlman ölkələrinin nümayəndələri və Amerika müsəlman liderləri ilə görüşüb. O, proqramda çıxışına “Ramazanınız mübarək” deyərək başlayıb. Tramp “Amerika müsəlmanlarının 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində məni dəstəkləməsindən çox məmnunam”, – deyib..

Tramp iftar proqramında Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Livan, Pakistan və bir çox başqa ölkələrdən nümayəndələrin iştirak etdiyini bildirib.

“2024-cü il prezident seçkilərində bizə rekord sayda dəstək verən yüz minlərlə müsəlman amerikalıya da xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu, inanılmaz idi. Biz müsəlman icmasına verdiyimiz vədlərə əməl edirik. Hamının qeyri-mümkün olduğunu dediyi tarixi İbrahim razılaşmalarına əsaslanaraq, Yaxın Şərqdə davamlı sülhün bərqərar olması üçün diplomatiya davam etdiririk”, – Tramp deyib.

Xüsusilə Miçiqan ştatında yaşayan amerikalı müsəlmanlara təşəkkür edən Tramp, “Prezident olduğum müddətcə sizin yanınızda olacağam. Bunu bilmənizi istəyirəm”, – deyib.

“Müsəlman dostlarımıza çox sağ olun deyirəm. Daha parlaq və daha ümidli gələcəyə nail olmaq üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm”, – Tramp deyib.

 





28.03.2025    çap et  çap et