ABŞ Müdafiə Naziri Heqset üç gün “Pearl Harbor-Hickam” Bazasında Hərbi Dəniz Qüvvələri ilə birgə keçirdiyi təlimlərdən foto paylaşıb. Ancaq diqqət çəkən detal qoltuğunun altına həkk olunmuş ərəbcə “kafir” sözü idi. Quranda “inkar” və ya “kafir” mənasını verən bu söz Heqsetin əvvəllər mübahisə doğuran “Deus Vult” döyməsinin altında tapılıb.
“The Daily Mail”in məlumatına görə, Heqset ABŞ-ın Yəmənə hücum planlarını “Signal” proqramında Tramp rəsmiləri ilə paylaşdıqdan sonra artıq böyük təzyiq altında idi. Bu müzakirələr davam edərkən, o, Quam və Havaydakı Amerika əsgərlərini ziyarət etmək üçün yola çıxdı.
Onun yeni döyməsinin ortaya çıxması fəalların reaksiyasını daha da artırıb. Nyu-Yorkda yaşayan Nerdin Kisvani sosial mediada, “Bu, sadəcə şəxsi üstünlük deyil, ABŞ müharibələrini idarə edən məmurun açıq şəkildə islamafobiyanı dəstəklədiyinin göstəricisidir”, – yazıb.
Digər şərhçi, yazıçı Tam Hüseyn “X” platformasında, “Bu döymə Heqsetin müsəlman dünyasına qarşı açıq-aşkar düşmənçilik bəyannaməsi kimi görünəcək”, – yazıb.