Vaxt.Az

İş yoldaşını zəhərləmək cəhdi


 

Kompüterinə gizli kamera qadın yerləşdirib inanılmaz cinayətin şahidi olub

İş yoldaşını zəhərləmək cəhdi ABŞ-ın Milvauki şəhərində baş verən ağlasığmaz hadisədə baş verib. “Wisconsin State Fair Park”da işləyən JH adlı qadın son bir neçə həftə ərzində içdiyi “Coca-Cola”da qəribə qoxu və dad hiss edirdi. Bundan sonra xəstələnməyə başlayırmış. Bunu təkrar-təkrar yaşayan qadın işdə nəyinsə baş verdiyindən şübhələnir.

Daha sonra JH kimin iş masasına yaxınlaşdığını öyrənmək üçün kompüterinə gizli kamera yerləşdirib və yazıları izləyərkən həmkarının içkisinə yad maddə qatdığını görüb.

Görüntülərdə 34 yaşlı Cozef Rossun əlindəki kiçik ağ ucluqlu şüşə boru ilə qadının “Coca-Cola”sına “super yapışqan” tökdüyü görünür.

Şoka düşən JH yarmarka meydançasında patrul aparan polisi dayandırıb və hadisəni onlara danışıb. Polis Rossu sorğu-sual edəndə o, içkiyə yapışdırıcı əlavə etiraf edib.

Hadisədən sonra polis Rossun iş masasında axtarış apararaq “Qorilla” yapışdırıcısı və lateks əlcəklər tapıb.

Təqsirləndirilən şəxs yemək və içkilərə yad maddələr əlavə etmək ittihamı ilə saxlanılıb. Ona qarşı açılan iş üzrə Cozef Ross 10 min dollar girov cərimə və 38 aya qədər həbs oluna bilər.

Hakim Andrea Bolender hadisəni son dərəcə narahatedici və şiddətli hadisə kimi qiymətləndirib. Hüquq eksperti Kreyq Mastantuono bildirib ki, qidaya yad maddələr əlavə etmək cinayəti nadir hallarda baş verir və cinayətkarları tutmaq çox vaxt çətin olur.

 





28.03.2025    çap et  çap et