Vaxt.Az

Cərrahi əməliyyatlar azalıb


 

Nağdsız cəmiyyətin gözlənilməz faydası

Cərrahi əməliyyatlar azalıb Məlum olur ki, cəmiyyətin tədricən nağd puldan uzaqlaşması uşaqlar üçün gözlənilməz üstünlüklərə malikdir.

“The Annals of the Royal College of Surgeons of England” jurnalında dərc olunan məlumatlara görə, xəstəxanalarda uşaqların mədələrindən və burunlarından qəpiklərin çıxarılması üçün edilən əməliyyatların sayı azalır.

“The Daily Mail”in məlumatına görə, Böyük Britaniyada təmassız ödəniş sistemləri 2007-ci ildə tətbiq edilib və 2012-ci ildən nağd puldan istifadə əhəmiyyətli dərəcədə azalıb. Alimlər 2000-2022-ci illər arasında xəstəxana qeydlərini araşdırıb və nağd pul istifadəsi azaldıqca uşaqların yad əşyaları udması və ya burnuna soxması hallarında əhəmiyyətli dərəcədə azalma müşahidə ediblər.

Aparılan araşdırmalara görə, 2012-ci ildən bəri həzm və tənəffüs yollarından və burun boşluğundan yad cismin çıxarılması hallarında ciddi azalma müşahidə olunub. 2012-2022-ci illər arasında bu cür hallar illik bazda 30 faiz azalıb.

“Sikkə əvəzinə nağdsız ödəniş üsullarından istifadənin uşaqların sağlamlığına müsbət təsir etdiyi görünür. Bu, həm də cərrahiyyə ehtiyacını azaldan amil ola bilər. Həyat tərzimizdəki dəyişikliklər sağlamlığa böyük təsir göstərə bilər. Bu cür əməliyyatların azaldılması həm də səhiyyə resurslarının yayındırılmasına kömək edə bilər”.

 





28.03.2025    çap et  çap et