Həkim axtaran qəsəbə ən yaxın böyük şəhər Taunsvildən yeddi saatlıq məsafədədir. Üstəlik, bu təcrid olunmuş qəsəbəyə gələn həkim qızmar istiyə və tropik həşəratlara öyrəşməli olacaq.
Hal-hazırda qəsəbədə işləyən doktor Adam Lous 2022-ci ildə vəzifəyə başlamazdan əvvəl Culiya Krikin 15 il ərzində daimi həkimi yox idi. “Səhiyyə xidməti rayona müvəqqəti gələn həkimlər tərəfindən göstərilib”, – doktor Lous deyir.
Avstraliyada 2500 həkim çatışmazlığı var və bu çatışmazlıq ən çox kənd yerlərində hiss olunur. Hökumətin 2024-cü il hesabatına görə, bu boşluğun növbəti illərdə daha da artacağı gözlənilir.
Dünyada əhalinin sıxlığının ən aşağı olduğu ölkələrdən biri olan Avstraliya kəndlərə həkim cəlb etməkdə çətinlik çəkir. Böyük şəhərlərdən uzaqlıq və nəqliyyat çətinlikləri belə ərazilərdə səhiyyə xidmətlərinin saxlanmasını daha da mürəkkəbləşdirir.