Vaxt.Az
Koreyada «Titanik» faciəsi
Gəmi 470 sərnişinlə birlikdə batıb
Cənubi Koreyada ikinci «Titanik» faciəsi baş verib. Göyərtəsində 470 sərnişin daşıyan gəmi qəzaya uğrayıb. Sahildən 100 km aralada batan su nəqliyyatı vasitəsində əsasən müəllimlər və tələbələr olub. Qəza səbəbi bilinməyən gəmi sulara qərq olub.
Vaxt.az türk mətbuatına istinadən xəbər
verir ki, qəza baş verən an edilən «SOS!» siqnalından sonra köməyə gələn xilasedicilər
147 nəfəri sahilə çıxara biliblər. Amma onlardan birinin həyatda tutmaq mümkün
olmayıb.
Gəzinti gəmisindəki 325-i müəllim və şagirdlərin məqsədi Jeju adasına getmək
olub.
Şahidlərin dediyinə görə, gəmi
batmazdan əvvəl böyük bir çarpma səsi və səs-küy eşitdiklərini ifadə ediblər.
Qalan 178 sərnişinin taleyi barədə məlumat verilmir. Xilasetmə işləri davam edir.
16.04.2014 çap et